12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəZuqdididə ər arvadını qətlə yetirdi

Zuqdididə ər arvadını qətlə yetirdi

Zuqdidi bələdiyyəsinin Kortsxel kəndində ər arvadını küt əşya qətlə yetirib.

Regionpress.ge Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kişi həyat yoldaşının başına çəkiclə bir neçə dəfə zərbə endirərək xəsarət yetirib.

Xəsarət alan qadın tibb müəssisəsinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyində ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi başlanıb.

Qətl hadisəsi yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aysel Ömərova

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments