Dedoplistskarodan 11 kilometr cənub-şərqdə, Zemo Xalatsani kəndi yaxınlığında zəlzələ qeydə alınıb.
Regionpress.ge bildirir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkan Tbilisi vaxtı ilə saat 10:29-da, 3.9 bal gücündə qeydə alınıb. Dedoplistskaro bələdiyyəsində qeydə alınan yeraltı təkan qonşu bölgələrdə də hiss edilib.


