Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gələn dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.
Regionpress.ge məlumat verir ki, bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Qeyd olunub ki, güclü yağışlar nəticəsində sel-suları yolun bir hisəsini yuyub. Sürücülərdən Gürcüstanla sərhədə getmək üçün alternativ yollardan istifadə etmələri xahiş olunur.
KİV-in məlumatına görə, Vanadzor-Alaverdi yolunun 31-ci kilometrliyində təxminən 50 metr uzunluğunda olan hissəni su basıb və zədələnib.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi yaranmış vəziyyəti nəzərə alaraq, sahibkarlıq subyektlərini Qoqavan və Bavari dövlət sərhəd keçid məntəqələri vasitəsilə Gürcüstandan Ermənistan Respublikasına və əks istiqamətdə malların daşınmasına çağırır.
“Cənubi Qafqaz Dəmir Yolu”nun məlumatına görə, Ermənistanın şimalında baş verən daşqınlar səbəbindən Yerevan-Tbilisi-Yerevan istiqamətində qatarların hərəkəti də dayandırılıb.
Mövcud məlumata görə, Debeda çayının yatağından aşması nəticəsində azı bir nəfər ölüb, evləri su basıb, körpülər və yollar sıradan çıxıb.
Bundan başqa, “Cənubi Qafqaz Dəmir Yolu” dəmiryol relslərində baş verə biləcək sürüşmə ilə əlaqədar İrəvan-Tbilisi-Yerevan reyslərini təxirə salıb.


