15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeUncategorized"Rustavidə Azərbaycan dilində uşaq ədəbiyyatına böyük ehtiyac var"

“Rustavidə Azərbaycan dilində uşaq ədəbiyyatına böyük ehtiyac var”

Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində, Diasporla İş üzrə Dövlət komitəsi tərəfindən Mərkəzdə yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyyası, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmuş nümunələri hədiyyə olunub.


Mərkəzin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində uşaq ədəbiyyatına böyük ehtiyac duyulduğunu söyləyib: “Düşünürəm ki, komitə tərəfindən bizə hədiyyə olunan kitablar mərkəzimizə daha çox sayıda uşaqların cəlb olunmasına öz töhvəsini verəcək. Bundan əlavə biz Azərbaycan uşaq ədəbiyyatı ilə yanaşı, gürcü dilindədə uşaq ədəbiyyatının əldə olunması üçün yerli şəhər meryasına məktubla müraciət etmək niyyətindəyik. Fürsətdən istifadə edib, Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan məktəb şagirdlərinin bizim kitabxanada mövcud olan kitablardan istifadə etməyə dəvət edirik. Təbiki kitabların siyahisi xüsusi tərtib olunmuş qaydada istifadəçilərin ixtiyarına veriləcək” – deyə mərkəzin direktoru bildirib.


Diasporla İş Üzrə Dövlət komitəsinin nümayəndəsi Sabit Məmmədov, komitə tərəfindən daim Gürcüstanda yaşayan soydaşlarımıza göstərilən diqqət və qaygıdan söhbət açmış və bu cür ənənələrin gələcəkdədə mütəmadi olaraq davam etdiriləcəyini nəzərə çatdırıb.
Sabiq deputat Mahir Dərziyev öz şəxsi kitabxanasından yeni açılmış bu Azərbaycan ocağına 100 ədəd Azərbaycan dilində kitabları hədiyyə edəcəyini bildirib.


Qeyd edək ki, komitənin dəstəyi ilə Rustavi şəhərində fəaliyyətə başlayan Uşaq kitabxanası gənç nəslin intelektual səviyyəsinin yüksəlməsinə və doğma dilində mütaaliyə etməsinə sövq edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments