Bu gündən, “Offşor qanunu” qüvvəyə minib.
Regionpress.ge məlumat verir ki, vetodan sonra sənədi Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıb.
Qeyd edək ki, Milli Məclisin mayın 29-da keçirilən plenar iclasında prezidentin ofşor qanunu ilə bağlı əsaslandırılmış fikirləri müzakirə edilib və dəstəklənməyib.
Vergi Məcəlləsinə dəyişikliklərin ilkin variantı bir səsə qarşı 83 səslə təsdiqlənib və bununla da Prezidentin vetosu ləğv edilib.
Yeni qanuna əsasən, xarici müəssisənin bütün aktivləri (səhmləri daxil olmaqla) Gürcüstan müəssisəsinə verildiyi təqdirdə şirkət bir dəfə gəlir və mənfəət vergisindən azad ediləcək.
Müxalif siyasətçilər və sərbəst ekspertlər qanunun “Gürcü arzusu”nun sədri Bidzina İvanişvilinin maraqlarına uyğun olduğunu və sanksiyalar gözləntilərinin artması ilə əlaqəli olduğunu düşünürlər.
“Transparency International-Georgia” təşkilatının 2021-ci ildə hazırladığı araşdırmada deyilir ki, “Gürcü Arzusu”nun təsisçisi 20 ofşor şirkətə sahibdir. Müxalifət və bəzi analitiklər də ofşor şirkətlər üçün ləğv edilən vergilərlə “çirkli pulların yuyulması” riskinin artmasından ehtiyat edirlər.


