17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəKobaxidze: ABŞ-la münasibətləri inkişaf etdirmək bizim istəyimizdir

Kobaxidze: ABŞ-la münasibətləri inkişaf etdirmək bizim istəyimizdir

Gürcüstan-ABŞ əlaqələrinin yenidən başladılmasına və inkişaf etdirilməsinə ehtiyac var, biz bunun üçün hər şeyi edəcəyik.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, “şantaj dili”nin sağlam əlaqələrə töhfə vermədiyini vurğulayıb.

Kobaxidze ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin həm Gürcüstanın, həm də ABŞ-nin maraqlarına cavab verdiyini əlavə edib.

O qeyd edib ki, müdafiə sahəsində yardımların azalması Gürcüstanla yanaşı ABŞ-nin maraqlarını da zədələyəcək: “Düşünürəm ki, hamı praqmatik davranmalıdır. Gürcüstan-ABŞ münasibətlərini inkişaf etdirmək bizim marağımız və istəyimizdir”.

Kobaxidze ABŞ-nin Gürcüstandakı hazırkı səfirinin sələflərindən fərqli olaraq konstruktiv olduğunu bəyan edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments