Tbilisinin Çavçavadze prospektində minik avtomobili ilə bələdiyyə avtobusu toqquşub. Avtomobilin sürücüsü və avtobusun sərnişinləri də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Regionpress.ge DİN-dən verilən məlumata istinadən bildirir ki, faktla bağlı Mülki Məcəllənin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma aparılır.


