Kvemo Svanetiyə yağan güclü yağış nəticəsində Tsaqeri-Lentex ərazisində 5 yerdə sürüşmə əmələ gəlib.
Regionpress.ge məlumat verir ki, təbii fəlakət nəticəsində bir neçə saat ərzində sözügedən perimetrdə bütün növ avtomobillərin hərəkəti mümkün olmayıb. Ərazidə təmizlik işləri aparılır.
Həmçinin, mərkəzi yolda yüksək gərginlikli elektrik verilişi xətləri və dirəklər sıradan çıxdığından bələdiyyənin bir sıra kəndlərinə və qəsəbəyə elektrik enerjisinin verilməsi dayandırılıb.


