Marneuli meriyası Marneuli şəhərində küçələrin və Marneuli bələdiyyəsinin iki kəndinin işıqlandırıması üçün tender elan edib.
Regionpress.ge”Marneuli” Radiosuna istinadən bildirir ki, Hallavar, Qızılhacılı kəndlərində küçə işıqlarının qurulması işlərinin alqı-satqısı üçün 299 284 lari dəyərində tender elan edib.
Tender sənədlərinə görə, küçə işıqları Marneulinin 12 küçəsində quraşdırılacaq. Həmin kəndlər aşağıdakılardır.
- Nərimanov küçəsi
- Nizami Küçəsi
- Rustaveli küçəsi
- Sayatnova küçəsi
- Sulxan-Saba küçəsi
- Qurbanov küçəsi
- Candar qəsəbəsi
- Keçmiş #1 hərbi məntəqə
- Marneuli şəhər #1 küçənin sonuncu hissəsi
- İ.Beritaşvili küçəsi
- Borçalı küçəsi
- Musxelişvili küçəsi
Hallavar kəndində mərkəzi küçədə küçə işıqları quraşdırılacaq.
Qızılhacılıda isə 9 məhəllədə küçə işıqları quraşdırılacaq:
- Qızılhacılı kəndi Bakı küçəsi (I, II, III döngələr)
- Qızılhacılı kəndi Tbilisi küçəsi (I, II, III döngələr)
- Qızılhacılı kəndi Qoqebaşvili küçəsi
- Qızılhacılı kəndi Tsereteli küçəsi
- Qızılhacılı kəndi Çavçavadze küçəsi
- Qızılhacılı kəndi Mehti Hüseyn küçəsi
- Qızılhacılı kəndi Paliaşvili küçəsi
- Qızılhacılı kəndi Dumbadze küçəsi
- Qızılhacılı kəndi Meqobroba küçəsi.
Küçə işıqlarının quraşdırılması ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 27 iyun tarixindən 2 iyul tarixinə qədər iştirak edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 27 gün ərzində işləri təhvil verməlidir.


