Gürcüstan Prokurorluğu xarici ölkə vətəndaşına qarşı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz alınması, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı ittiham aktı açıb.
Regionpress.ge bildirir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs iyunun 18-də qanunsuz yolla Gürcüstan ərazisinə gətirdiyi xüsusilə külli miqdarda narkotik vasitə – 290,896 qram “kokain” (duz) əldə edib və saxlayıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin altıncı hissəsinin “A” yarımbəndi və 262-ci maddəsinin dördüncü hissəsinin “A” yarımbəndi (xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və qanunsuz idxalı) ilə ittiham olunub və 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xelvaçauri rayon məhkəməsi təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçib.
Cinayət işi üzrə istintaq davam etdirilir”, – məlumatda deyilir.


