11.2 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 26, 2026
HomeÖlkə"Adidas" markasını qanunsuz satan şəxs həbs edildi-ARAŞDIRMA

“Adidas” markasını qanunsuz satan şəxs həbs edildi-ARAŞDIRMA

Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən bir şəxsin digərinin əmtəə nişanından qanunsuz istifadə faktı ilə bağlı cinayət işi başlanıb.

“İstintaq müəyyən edib ki, müttəhimin İmereti bölgəsində emalatxanası olub, orada muzdlu şəxslər vasitəsilə qanunsuz olaraq “Adidas” ticarət markası olan idman ayaqqabıları istehsal edib satıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satışa hazırlanmış “Adidas” əmtəə nişanı ilə markalanmış 6000 lari dəyərində 100 cüt idman ayaqqabısı, həmçinin külli miqdarda “Adidas” əmtəə nişanı və xüsusi markalı möhür götürülüb”,
 – istintaq xidməti yazır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan birinci hissəsi ilə aparılır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments