8.7 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəAzərbaycan və Gürcüstan nazirləri nələri müzakirə edib?

Azərbaycan və Gürcüstan nazirləri nələri müzakirə edib?

“Azərbaycan Respublikası bizim üçün təkcə yaxşı dost deyil, həm də etibarlı strateji tərəfdaşdır. Xarici işlər nazirinin Gürcüstana səfəri çox vacib və vaxtındadır”.

Regionpress.ge yerli KİV-lərə istinadən bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

İlya Darçiaşvilinin qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşündə söhbətdə ikitərəfli münasibətlərin gündəliyinə, eləcə də regionda və dünyada gedən proseslərə toxunulub.

“Gürcüstanla Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq özünəməxsus xarakter daşıyır və getdikcə yeni müsbət aspektlər qazanır, bu, ölkələrimizin və bütövlükdə regionun rifahı üçün vacibdir”,-deyə  İlya Darçiaşvili vurğulayıb.

Darçiaşvilinin qeyd edib ki,görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Onun sözlərinə görə, Azərbaycan son illərdə Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.

XİN rəhbərinin verdiyi məlumata görə, görüşdə Azərbaycan tərəfinə Gürcüstanın işğal olunmuş ərazilərindəki ağır sosial, iqtisadi və humanitar vəziyyətlə bağlı məlumat verilib, təhlükəsizlik baxımından mexanizmlər beynəlxalq münasibətlərin gücləndirilməsinin zəruriliyi də diqqət mərkəzində saxlanılıb.

Nazir Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Regionda gedən proseslərdən danışılaraq Cənubi Qafqaz regionunda uzunmüddətli və davamlı sülhün təmin edilməsinin vacibliyi qeyd edilib.

“Biz dəfələrlə sübut etmişik və bir daha vurğulamaq istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub. Biz hər zaman tərəflər arasında konstruktiv ünsiyyəti təşviq etməyə və qarşılıqlı faydalı əməkdaşlıq baxımından konkret addımlar atmağa hazırıq”, – deyə nazir bildirib.

Nazirin məlumatına görə, region baxımından Gürcüstan, Azərbaycan və Türkiyə arasında mövcud üçtərəfli əməkdaşlıq formatı müzakirə olunub. Bundan əlavə, birgə regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətinə və gələcək perspektivlərinə diqqət yönəldilib.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layhələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

“Biz vahid səylərlə regionumuzun rolunu və funksiyasını keyfiyyətcə artıran bir sıra strateji əhəmiyyətli layihələrə başlamışıq və uğurla həyata keçiririk. Əminəm ki, gələcəkdə regionumuzun cəlbediciliyi və funksiyası daha da artacaq və Qərblə Şərq arasında əlaqələrin artmasına öz töhfəsini verəcək”, – İliya Darçiaşvili bildirib .

Nazir iki ölkə arasında mövcud əməkdaşlığın gürcü və Azərbaycan xalqlarının mənafeyi naminə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə, həmçinin mütəmadi görüşlərin davam etdirilməsi, yüksək səviyyəli səfərlərin mübadiləsi dinamikasının qorunub saxlanılması və iki ölkənin sahə qurumları arasında sıx əməkdaşlığın təşviq edilməsi istiqamətində də hazırlıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.

Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

İyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdə olub.

Səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirinin Gürcüstanın baş naziri İrakli Kobaxidze və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri nəzərdə tutulub .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments