Ozurgeti bələdiyyəsinin Dvabzu kəndində qətl hadisəsi baş verib.
Regionpress.ge yerli KİV-lərə istinadən bildirir ki, məhəllədən olan şəxs odlu silahdan açdığı atəşlə qonşusunu öldürüb. Qətlin motivinin nə olduğu hələlik məlum deyil.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı məlumat yaymayıb.


