Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün yaz sessiyasının sonuncu plenar iclasında hökumət proqramının icrası ilə bağlı parlament qarşısında hesabat verəcək .
Regionpress.ge məlumat verir ki, Milli Məclisin plenar iclası saat 12:00-da başlayacaq.
Baş nazir Kobaxidzenin sözlərinə görə, hesabat ölkənin inkişafının bütün sahələrini əhatə edir.
“Bu, Gürcüstan hökumətinin fəaliyyətinin illik hesabatıdır. Fevralda hesabatım, gələcək planlarım haqqında söhbətim oldu. Ona görə də, mahiyyət etibarı ilə təqdim edəcəyim bu hesabat ötən dörd ay yarım ərzində həyata keçirilən tədbirləri əhatə edəcək və bizim ümumi söhbətimiz, o cümlədən gələcək planlarımız olacaq, baxmayaraq ki, seçki kampaniyası dövründə gələcək planlar haqqındadaha ətraflı şəkildə söhbətimiz olacaq”, – İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, artıq hökumət proqramının icrası ilə bağlı hesabat yazılı formada təqdim olunub. Sənəd 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər olan dövrü əhatə edir.


