Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, ruslar işğal altında olan Balta kəndinin ətrafı ərazisində Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Regionpress.ge bəyanata istinadən bildirilir ki, insidentlə bağlı məlumat daxil olduqdan sonra qurum Aİ Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb və bu xətt vasitəsilə daha bir qanunsuz həbs halı ilə bağlı məlumat dərhal beynəlxalq müzakirələrin həmsədrlərinə çatdırılacaq.
“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.


