13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəBolnisidə qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı-RƏSMİ

Bolnisidə qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı-RƏSMİ

Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu aşkar edilib.

Regionpress.ge bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin araşdırmaya əsasən, helikopter uçuşdan əvvəl texniki sənədlərin tələblərinə uyğun olaraq tam yoxlanılıb, eləcə də uçuşqabağı hazırlıq aparılıb və reqlamentdə nəzərdə tutulmuş bütün prosedurlara əməl edilib. 

“Müdafiə Qüvvələrinə məxsus SU-25 təyyarəsinin qəzaya uğradığı yerdə gecə ərzində bir neçə hektar sahədə müvafiq xidmətlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Gürcüstanın müdafiə naziri İrakli Çikovani və Hadisə yerində Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili olub.


Faciəvi hadisənin tam araşdırılması üçün müvafiq xidmətlər tərəfindən bütün zəruri prosedurlar həyata keçirilir. Bu mərhələdə təyyarənin hissələri müəyyən edilib və qara qutu tapılıb. Ölən pilotun meyiti morqa aparılıb.


Hadisə ilə bağlı hərbi hava gəmisinin uçuşu zamanı təhlükəsizlik qaydalarını pozma faktı üzrə 401-ci maddə ilə iş başlanıb. Baş Prokurorluğun prosessual nəzarəti altında araşdırma hərbi polis tərəfindən aparılır”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, iyulun 2-də hərbi təlim zamanı onların helikopteri qəzaya uğrayıb, nəticədə Müdafiə Qüvvələrinin pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments