İyulun 14-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var.
Regionpress.ge bildirir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Kartlidə bəzi yerlərdə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.
Kaxeti (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.


