“Qabali İnkişaf Mərkəzi”ndə gənclərin Narkoloq-Uroloq Dr. Nurəli Nəbiyevlə görüşü keçirilib.
Görüşdə həkim Nurəli Nəbiyev və ictimai fəal, DAK sədrinin müşaviri Mehman Rəsulov iştirak edib. Görüş zamanı N.Nəbiyev insan sağlamlığından və narkotik vasitələrin insan bədənində törətdiyi fəsadlarından danışıb.
Uroloq narkomaniya qarşı necə mübarizə aparılmalıdır barədə gənclərə həkim məsləhəti verib.
“Xalq arası yayılan şayiələrdən “narkotikin insan bədəninə xeyri var” fikirləri yanlışdır. Narkotikin insan bədəninə heç bir xeyri yoxdur. Sadəcə olaraq narkotik qəbul edənlərdə narkotikdən asılılıq daha da artır. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir”,- deyə Nurəli Nəbiyev Qabal kənd gənclərli ilə görüşündə deyib.
O, narkotik qəbul edənlərı bu zəhərli maddələrdən müalicə olunmaq üçün həkimə müraciət etməsini, bundan əlavə anonim müalicələrin olduğunu da bildirib.
Sonda həkimə gənclər tərəfindən verilən sualları cavablandırıb.


