2025-ci ildə etnik azlıqların müəllimləri, həmçinin ibtidai sinif (birləşmiş-kombinləşdirilmiş) imtahanlarını Azərbaycan və erməni dillərində verə biləcəklər.
Regionpress.ge Təhsil, Elm və Gənclər Nazirliyinə istinadən məlumat verir ki, etnik azlıqların müəllimləri üçün ana dilindən imtahanın təşkili üzərində işlərdavam edir:
“Bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. İstisnalar ibtidai sinif və həmçinin xüsusi müəllim imtahanı idi ki, biz də bunun üzərində işləmişik və planımız 2025-ci ildə etnik azlıqların müəllimlərinin erməni və Azərbaycan dillərində kombinləşdirilmiş və xüsusi müəllim imtahanlarından keçmələrini təmin etməkdir. Biz bunu artıq təşkil edirik”.


