Bu gün, günün ikinci yarısında Marneuli Bələdiyyəsinin Aşağı Saral kəndində baş verən qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır xəsarətlər alıb.
Yaralılardan biri “Geo Hospital” klinikasına, digəri isə “Aversi” klinikasına yerləşdirilib.
Məlumata görə, qəza zamanı 2 nəfər Sadaxlı kənd sakini dünyasını dəyişib, daha 2 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin yol hərəkəti təhlükəsizliyi və istismarı qaydalarını pozma, iki və ya daha çox insanın ölümünə və yaralanmasına səbəb olan 8-ci maddəsi ilə araşdırma başladılıb.


