Regionpress.ge Milli Ətraf Mühit Agentliyinə istinadən xəbər verir ki, sentyabrın 24-25-də Gürcüstanın əksər rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə tufan olacağı ehtimalı var.
Gözlənilən güclü yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq və dağətəyi ərazilərdə sürüşmələrin aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta).


