“Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-ın ştatı deyilik.” -bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” – Şalva Papuaşvili deyib.


