Dünən “Gürcü Arzusu” partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze, Rustavidə yerli azərbaycanlılarla görüş keçirdilər.
Görüşü işıqlandıran “Rustavi2” telekanalı iştirak edən azərbaycanlıları “diaspora” olaraq təqdim edib.
Sözügedən telekanalın verdiyi xəbərin başlığı belə olub: ” ‘Gürcü Arzusu’ üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb”.
Qeyd edək ki, Gürcüstan azərbaycanlıları diaspora deyil, aborigendir/yerli əhalidir. Mərkəzi media telekanalının bu cür ifadəsi media standartlarına uyğun gəlmir.


