“Birlik-Milli Hərəkat” koalisiyasının parlament namizədi Ceyhun Məhəmmədəli (Narzalov) və partiyanın liderləri Telavidə yaşayan azərbaycanlılarla görüşlər keçiriblər. Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində liderlər ev-ev gəzərək seçki proqramı haqqında əhalini məlumatlandırıblar.
“Əhali ilə görüşlərdə əmin oluruq ki, vətəndaşlar ‘Gürcü Arzusu’ rejiminin gətirdiyi yoxsulluqdan beziblər”.
Ceyhun Məhəmmədəli bildirib ki, görüşlər zamanı vətəndaşlar əsasən işsizlik, hakimiyyətin laqeyd münasibəti, yüksək cərimələr və narkomaniya problemlərindən şikayətləniblər.


