Baş nazir İrakli Kobaxidze Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.
Regionpress.ge-nin məlumatına görə, o, bu qətnamənin ədalət və prinsiplərlə heç bir bağlılığının olmadığını vurğulayıb. Baş nazir, bunun ölkədə demokratik keçid yaşayan insanları yenidən cəzalandırmağı tələb edən bir qərar olduğunu bildirib.
“Bu qərar çox təəssüf doğurur. Bundestaqın bu ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamə qəbul etməsi, cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul olunmasını tələb etməsi heyrətləndiricidir”, – deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Almaniya Bundestaqı Gürcüstan hökumətini kəskin tənqid edən “Gürcüstanın Avropa gələcəyi naminə” adlı qətnaməni dəstəkləyib.


