Kvemo Kartlidə artıq notarial xidmətlər “Səyyar Ədliyyə Evi” vasitəsilə birbaşa evlərinizə gətiriləcək.
Regionpress.ge xəbər verir ki, Gürcüstanın Ədliyyə Nazirliyi Kvemo Kartli, Sameqrelo və Acaranın bəzi kəndlərinin sakinlərinə bu xidməti təqdim edəcək. Xidmətin ilk mərhələsi Hamamlı, Anaklia, Borjomi və Xixadziri kəndlərində başlayacaq. İlk notarial xidmət Hamamlı kəndində notarius Marika Qoqoladze tərəfindən həyata keçirilib və bu prosesdə Notariat Palatasının sədri Ekaterine Nandoşvili və Ədliyyə Palatasının rəhbəri Laşa Lobjanidze də iştirak ediblər.


