Gürcüstanın Mədəniyyət və İdman nazirliyi seçkilərdən sonra iki quruma bölünəcək.
Regionpress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze açıqlama verib. O deyib ki, seçkilərdən dərhal sonra qanunvericilikdə dəyişikliklər ediləcək.
Baş nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi ayrıca institut kimi formalaşdırılacaq və yeni İdman Nazirliyi yaradılacaq. Onun sözlərinə görə, gələcəkdə İdman Nazirliyinə Şalva Qoqoladze rəhbərlik edəcək. Nazirlik bölünənə qədər isə Qoqoladze nazir müavini vəzifəsində olacaq


