Gürcüstan Prezidenti Salome Zurabişvili Azadlıq Meydanında keçirilən “Gürcüstan Avropa İttifaqını Seçir” mitinqinə qoşulub.
Regionpress.ge xəbər verir ki, Dövlət başçısı burada qurulmuş səhnədən müraciət edib.
“Mən öz tərəfdaşlarımıza, avropalılara və amerikalılara üz tutmaq və onlara demək istəyirəm ki, biz Avropaya girəndə xəyalınıza belə gətirə bilməyəcək qədər tərəfdaş və müttəfiq olacağıq” , – deyib Salome Zurabişvili.


