20 Oktyabr Tbilisidə Azadlıq Meydanında keçirilən “Gürcüstan Avropa İttifaqı seçir” adlı mitinqdə 90 mindən 100 minə qədər insan iştirak edib.
Regionpress.ge xəbər verir ki, bu barədə məlumatı “Visioner” yayıb.
“Bu gün, seçkilərə cəmi 6 gün qalmış, Gürcüstan əhalisi bir daha küçələrə çıxaraq ölkənin qərbyönümlü kursunu dəstəklədi. Müxtəlif kadrlara və analizlərə əsasən, aksiyanın ən yüksək məqamında təxminən 90-100 min insan iştirak edirdi”, – deyə bildirilib


