15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeCəmiyyətTbilisidə Azərbaycan və Gürcüstan QHT-lərinin konfransı baş tutub

Tbilisidə Azərbaycan və Gürcüstan QHT-lərinin konfransı baş tutub

Oktyabrın 21-də Tbilisidə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransı keçirilib.

Regionpress.ge xəbər verir ki, tədbirdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli iki ölkə arasındakı dostluq əlaqələrinin tarixindən danışıb, bu münasibətlərin Qafqaz regionunda seçildiyini qeyd edib.

“Azərbaycan ilə Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük verirlər. Bu davranış bütövlükdə Qafqazda bir nümunə olaraq qalmaqdadır. Azərbaycan və Gürcüstan bir-birinin daxili işlərinə qarışmır. Həm Azərbaycan, həm də Gürcüstan bu gün müstəqil siyasət aparır, ölkənin və bölgənin milli maraqlarını nəzərə alaraq dostluğu davam etdirir”, – deyə Ramil İskəndərli bildirib. 

İki ölkə arasındakı dostluq münasibətlərinin Qərb dairələrini narahat etdiyini diqqətə çatdıran R.İskəndərli deyib: “Azərbaycana və Gürcüstana qarşı Qərbin təzyiqlərinə qarşı azərbaycanlı və gürcü ekspertlər, Gürcüstan və Azərbaycan geosiyasi müttəfiqlər kimi birgə fəaliyyət göstərməlidir. Bu məsələdə qeyri-hökumət təşkilatlarının da rolu danılmazdır. Azərbaycan və Gürcüstanın QHT-ləri milli maraqların müdafiəsinə hesablanan birgə təşəbbüsləri gücləndirməlidir”. 

Görüşdə iştirak edən QHT nümayəndələri, ziyalılar Gürcüstanın və regionun parlaq gələcəyini haqlı olaraq Azərbaycanla sıx əməkdaşlıqda, möhkəm təməllər üzərində qurulan əməkdaşlıqda, strateji tərəfdaşlıqda gördüklərini qeyd ediblər.

Bildirilib ki, son dövrlər Gürcüstan hökumətinin müstəqil siyasətinin Qərb ölkələrini qıcıqlandırmağa başlamağı təzyiqlərin artmasına gətirib çıxarıb. Belə ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” (xarici agentlər) qanunun və ardınca LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsi bu təzyiqləri daha da artırıb və vəziyyəti gərginləşdirib.

Bu addımlar Qərbin, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstan hökumətinə qarşı tənqidlərini kəskinləşdirib və hətta sanksiyalarla təhdidlər səsləndirilir. Qərb bu addımları həmişə olduğu kimi “demokratik institutların gücləndirilməsi” və “insan hüquqlarının təmin edilməsi” şüarları altında həyata keçirsə də, Gürcüstan hökuməti bu ittihamları ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir. 

İştirakçılar, həmçinin Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının müxalifətə dəstək verməsini və seçkiqabağı gərginliyi artırmasını qeyd ediblər. 

Bir fikir xüsusi qeyd olunub ki, Qərbdə bəzi dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi, onun daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək.

Milli-mənəvi dəyərlərə təhdidlərdən danışan iştirakçılar Avropa Parlamentinin dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayının 5 dəfə artdığını qeyd ediblər. Avropa bu “dəyərlərini” bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır.

Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformalarının potensial mexanizmlərindən birinin də “COP29 QHT Koalisiyası” olduğunu vurğulayan Ramil İskəndərli qeyd edib ki, iqlim dəyişmələri ilə bağlı artan qlobal çağırışlar fonunda Azərbaycan Milli QHT Forumu bu problemlərin həllində qeyri-hökumət təşkilatlarının mühüm rolu olduğunu qəbul edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xarici QHT-lərin çoxsaylı əməkdaşlıq təkliflərinə cavab olaraq, QHT Forumu “COP29 QHT Koalisiyası”nın yaradılması barədə qərar qəbul edib. Koalisiyaya 72 ölkədən 350 xarici QHT-nin qoşulması Azərbaycan vətəndaş cəmiyyəti üçün qlobal müstəvidə tarixi bir an olub və bu təşəbbüs böyük maraq doğurub. 

Tədbirdə Gürcüstan QHT-ləri də bu koalisiyaya qoşulmaq barədə razılığa gəliblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments