Gürcüstanın Gömrük Xidməti 2024-cü ilin üç rübü ərzində aksizsiz tütün məmulatlarının idxalının 751 faktını aşkarlayıb. Gürcüstanın Gəlir Xidmətinin məlumatına görə, yalnız 1 iyuldan 30 sentyabra qədər aksizsiz tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin 260 faktı aşkarlanıb və 38 509 qutu siqaret müsadirə edilib.
Regionpress.ge xəbər verir ki, ümumilikdə, doqquz ay ərzində gömrük əməkdaşları aksizsiz 85 402 qutu siqaret müsadirə ediblər. Gürcüstanda siqaret və digər tütün məmulatlarının idxalı aksizə cəlb olunur. Tütünlə mübarizə kampaniyası çərçivəsində Gürcüstanda aksiz dərəcəsi artırılıb ki, bu da daha ucuz qiymətə olduğu üçün alternativ aksizsiz siqaretlərin Gürcüstana axınına səbəb olub.


