Saat 10:00-dan 15:00-dək olan müddətdə ümumilikdə 28 müxtəlif insident aşkarlanıb. Ən çox insident Marneuli seçki dairəsində qeydə alınıb.
Regionpress.ge xəbər verir ki, bu barədə “Çoxmillətli Gürcüstan” məlumat yayıb.
Onların məlumatına görə, məntəqə seçki komissiyası səviyyəsində “Çoxmillətli Gürcüstan” müşahidəçiləri tərəfindən 5 şikayət daxil olub. həmçinin dairə seçki komissiyası səviyyəsində 3 şikayət verilib, onlardan 2-si təmin edilib, biri isə qismən təmin edilib.
Məlumat üçün bildirək ki, “Çoxmillətli Gürcüstan” ümumi vətəndaş hərəkatı 26 oktyabr seçki gününü müşahidə edir.
Seçki günü 300 qısamüddətli müşahidəçi vasitəsilə monitorinq proqramı həyata keçirilir.


