Hazırda Tbilisidə müxalifətin növbədənkənar toplantısı keçirilir.
“Bizdə hakimiyyətin düşündüyündən də çox saxtakarlığına dair sübut var”
Regionpress.ge xəbər verir ki, bu barədə müxalifət partiyaların liderləri deyir.
Məlumata görə, siyasi partiyalar seçki saxtakarlığına dair sübutları beynəlxalq təşkilatlara təqdim edir.
“Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyanın sözlərinə görə, seçki saxtakarlığı sxeminin bütün istiqamətləri açılıb:
“Camaat sübut istəyib, sxemi açıb? Sxemin bütün istiqamətləri açılıb və hər yerdə sübutlarımız var, o cümlədən ictimaiyyətin heç bir təsəvvürü olmayan istiqamətlər,” – Nika Qvaramiya bildirib.
“Birlik – Milli Hərəkat”ın liderlərindən olan Giorgi Vaşadze də açıqlama verib.
Onun sözlərinə görə, əsas məsələ beynəlxalq idarəetmə altında keçirilməli olan təkrar seçkilərin təyin edilməsidir.
“Dünənki mitinqə çıxan hər kəsə təşəkkür edirəm. Bu, bizə qələbə üçün mübarizə aparmaq üçün mandat və legitimlik verdi. Bu, “Gürcü arzusu”nun həyata keçirdiyi xüsusi əməliyyat idi. İndi bizim iki istiqamətimiz var – xarici arenada və ölkə daxilində. Ölkə daxilində sistematik olaraq bütün saxtakarlıq faktlarını toplayırıq. Ölkədən kənarda heç kimin bu seçkiləri tanımaması vacibdir. Necə ki, biz bu seçkini tanımırıq. Bunun üçün sona qədər mübarizə aparmalıyıq. Bizim tələb etdiyimiz əsas məsələ Gürcüstanda keçirilməli olan beynəlxalq idarəetmə ilə seçkilərdir,” – Vaşadze bildirib.


