İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektin adı açıqlanıb.
Regionpress.ge Axar-a istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus teleqram kanalı yayıb.
Məlumata görə, İsrailin həmin dörd obyekt əsas silah istehsalçılarıdır:
– “İsrael Aerospace Industries” (IAI) – Mülki təyyarələr, dronlar, döyüş təyyarələri, raketlər, avionika və peyk sistemləri hazırlayır, istehsal edir və onlara xidmət göstərir;
– “Elbit Systems” sistemləri – Komanda, nəzarət, rabitə, kəşfiyyat, müşahidə və kəşfiyyat (C4ISR) əməliyyatları üçün hərbi texnologiyalar;
– “Rafael Advanced Defense Systems” – Məşhur “Dəmir Günbəz” sistemi kimi müdafiə sistemlərini hazırlayır;
– “IMI Systems” – Tanklar, zirehli maşınlar və döyüş sursatları daxil olmaqla geniş çeşiddə hərbi texnika istehsal edir.
Bildirilib ki, bu obyektlərə zərbə İsrailin müdafiə və istehsal imkanlarını xeyli zəiflədə bilər.


