Parlament seçkilərini tanımayan müxalifət partiyaları bu gündən etiraz aksiyalarına başlayır.
Regionpress.ge xəbər verir ki, bu gün saat 19:00-da Tbilisinin Rustaveli prospektində keçiriləcək aksiyanı qərbyönümlü üç birlik — “Dəyişikliklər üçün Koalisiya”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” liderləri elan ediblər.
Müxalifət partiyaları iddia edir ki, “Gürcü Arzusu” hakimiyyəti seçkiləri “saxtalaşdırıb” və buna etiraz olaraq küçələrə çıxmaq vacibdir. Bundan əlavə, 31 oktyabrda müxalifət 4 noyabrda Parlamentin qarşısında başlayacaq mitinqdə çadırların da qurulacağını bəyan edib.
Eyni zamanda, Avropa və ABŞ-ın 8 şəhərində Gürcüstan vətəndaşları seçki nəticələrinə etiraz olaraq aksiyalar təşkil edəcəklər.


