18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaMəsud Pezeşkiyan Baş Naziri təbrik edib

Məsud Pezeşkiyan Baş Naziri təbrik edib

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.

Regionpress.ge xəbər verir ki, Məsud Pezeşkiyanın təbrik mesajını İranın Gürcüstandaki Səfirliyi sosial şəbəkədə yayıb.

“Uğurlu parlament seçkiləri və bu seçkilərdə ‘Gürcü Arzusu’ partiyasının qələbəsi münasibətilə zati-alinizi və gürcü xalqını ürəkdən təbrik edirəm.

Ümid edirəm ki, Gürcüstan xalqının iradəsinin ifadəsi olan bu seçkilər Gürcüstan xalqının irəliləyişinin və rifahının, iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinin və region ölkələri arasında əməkdaşlığın inkişafının təməli olacaqdır.

Uca Allahdan sizə sağlamlıq və naliyyətlər, dost Gürcüstan xalqına isə uğurlar diləyirəm” , – Pezeşkiyanın təbrik məktubunda deyilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments