Tbilisi Beynəlxalq Hava Limanından Milan istiqamətində havaya qalxan “Gürcü Hava Yolları”nın təyyarəsi yenidən hava limanına qayıdıb.
Aviakompaniyanın mətbuat xidmətinin məlumatına görə, səbəb təyyarə ilə naviqasiya arasında əlaqədə yaranmış kiçik texniki nasazlıq olub.
Təyyarə yerli vaxtla saat 12:06-da Tbilisi hava limanından havaya qalxıb və yanacağı azaltmaq üçün təxminən bir saat ərzində Tbilisi üzərində on dəfə dövr edib.
Aviakompaniya texniki nasazlıq aradan qaldırıldıqdan sonra reysin həyata keçiriləcəyini bildirib.


