12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəKobaxidze: Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiqdir

Kobaxidze: Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiqdir

“Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiqdir və pozitiv dəyişiklikləri dəstəkləmək üçün effektiv tədbirlər görməyə davam edir”.

Regionpress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkə yazıb.Hökumət başçısının qeyd etdiyinə görə, Bakıda keçirilən BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.

“Mənim üçün Bakıda keçirilən BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransda iştirak etmək böyük şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birgə iqlim dəyişikliyinin yaratdığı problemləri və onların effektiv həlli yollarını müzakirə etdik ki, davamlı gələcək təmin olunsun. Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiqdir və pozitiv dəyişiklikləri dəstəkləmək üçün effektiv tədbirlər görməyə davam edir”, — deyə baş nazir qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments