Noyabrın 16 və 17-də Çabua Amirecibi şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayıb.
Paytaxt meriyasından verilən məlumata görə, hazırda Çabua Amirecibi avtomobil yolunda qayalıq yamacda sürüşməyə qarşı torun quraşdırılması işləri aparılır.
“Qeyd edilən işlərlə əlaqədar noyabrın 16-sı və 17-si saat 00:00-dan 06:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. O cümlədən, məhdudiyyət Çabua Amirecibi və Kakutsa Çolokaşvili avtomobil yollarının kəsişməsindəki tuneldən Mixail Tamaraşvili prospektinə qədər olan yol hissəsinə şamil edilir.
Regionpress.ge bildirir ki, məhdudiyyət müddətində avtomobillər Kakuça Çolokaşvili şosesi, Sulxan Tsintsadze küçəsi və Mixeil Tamaraşvili prospektindən istifadə etməklə hərəkət edə biləcək.
Tbilisi meriyası yaranan narahatlığa görə üzr istəyir”. – Meriyanın məlumatında qeyd olunur.


