Ötən gün Tbilisidə keçirilən etiraz aksiyasında xəsarət alan 44 nəfər tibb müəssislərinə yerləşdirilib.
Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rustaveli prospektində keçirilən aksiyasında xəsarət almış 27 etirazçı, 1 media əməkdaşı və 16 polis tibb müəssisələrinə aparılıb.
Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, onların bəzilərinin xəstəxananı tərk etdiyi, bəzilərinin isə həkim nəzarətində saxlanıldığı qeyd edilib.


