Bolnisi bələdiyyəsinin Kazret qəsəbəsində ictimai məktəbdə çalışan informasiya meneceri Pikriya Epitaşviliyə naməlum şəxs hücum edib. Hücum zamanı şübhəli şəxs ülgüclə onun üzünü yaralayıb və “Rədd ol Avropaya” ifadəsini işlədib.
Regionpress.ge xəbər verir ki, Epitaşviliyə ilkin tibbi yardım göstərilib, hadisə ilə bağlı polis araşdırma aparır. Hadisənin Pikriyanın vətəndaş mövqeyi ilə əlaqəli olduğu ehtimal edilir.


