“WhatsApp” və “Meta” şirkətinə aid olan digər sosial şəbəkələrdə texniki problemlər yaranıb.
Regionpress.ge-nin məlumatına görə, “WhatsApp” vasitəsilə mesaj göndərmək və qəbul etmək mümkün deyil. Eyni zamanda, “Instagram” və “Facebook” platformalarının da fəaliyyətində nasazlıqlar müşahidə olunur. Texniki problemlərin səbəbi hələ ki, məlum deyil.


