Bolnisidə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə “Dahi Şəxsiyyət Qəlblərdə” adlı anım tədbiri keçirilib.
Regionpress.ge xəbər verir ki, tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin rəhbəri Rezo Həsənov Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq gənclərə verdiyi tövsiyələri xatırladıb. Daha sonra Şəhla İsmayılova təqdimatla çıxış edib, Heydər Əliyevin Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan bəhs edib. Tədbir “Xalq Heydər Deyəcək” adlı videosüjetin nümayişi ilə başa çatıb.


