Cümə günü Tbilisidə ondan çox etiraz aksiyası keçiriləcək. Gün ərzində Gürcüstan paytaxtının küçələrində həkimlər, musiqiçilər, maliyyəçilər və digər sahələrin nümayəndələri yürüşlər edəcəklər.
Regionpress.ge xəbər verir ki, aksiyalar Facebook-da elan edilib:
• Saat 11:00 – İT sahəsi işçilərinin yürüşü, Respublika meydanında toplaşma;
• Saat 11:00 – Mərkəzi Avropa Universitetinin məzunlarının Tbilisidəki Macarıstan səfirliyi qarşısında aksiyası;
• Saat 12:00 – Startapçıların Texnologiyalar və İnnovasiyalar Agentliyinin texnoparkı qarşısında etirazı;
• Saat 13:00 – Maliyyə sektoru işçilərinin Respublika meydanından yürüşü;
• Saat 13:00 – HR mütəxəssislərinin, təlimçilərin və daxili ekspertlərin Respublika meydanında toplaşması və yürüşü;
• Saat 14:00 – Musiqi sahəsi nümayəndələrinin Tbilisi Konservatoriyasından Gürcüstan Mədəniyyət Nazirliyinə yürüşü;
• Saat 14:30 – Kreativ sahə, marketinq və PR mütəxəssislərinin Vake parkından yürüşü;
• Saat 17:00 – Hüquqşünasların Gürcüstan Ali Məhkəməsi qarşısında etirazı;
• Saat 17:00 – Şərabçılıq sektorunun nümayəndələrinin Gürcüstan İqtisadiyyat Nazirliyi qarşısında etirazı;
• Saat 18:00 – “Xalqa həqiqəti göstər” aksiyası hökumətyönümlü “Imedi” telekanalının ofisi qarşısında;
• Saat 19:00 – Elektron musiqiçilərin və klub sahəsinin nümayəndələrinin Marcanışvili metro stansiyasından Gürcüstan Parlamentinə yürüşü;
• Saat 19:00 – Parlament qarşısında ümumi aksiya;
• Saat 20:00 – Psixoloqların Respublika meydanından yürüşü.
Etiraz aksiyaları Gürcüstanın digər şəhərlərində də keçiriləcək. Batumidə dənizçilər saat 19:00-da şəhərin mərkəzindəki Avropa meydanında toplaşacaqlar.
Etirazçıların əsas tələbləri yeni parlament seçkilərinin keçirilməsi və daha əvvəl həbs olunan nümayişçilərin azad olunmasıdır.


