Gürcüstan və Avropa Şurası arasında sıx əməkdaşlıq davam edəcək, – deyə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşdən sonra bildirib.
Regionpress.ge xəbər verir ki, Alen Berse 18 dekabr tarixində Tbilisiyə gəlib. Avropa Şurasının Baş katibinin Baş nazir İrakli Kobaxidze ilə müzakirələri ilə yanaşı, parlament sədri Şalva Papuashvili, yeni seçilmiş prezident Mixail Kavelashvili, xarici işlər naziri Maka Boçorişvili, müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb. Berse’nin rəsmi səfəri 21 dekabrda başa çatacaq.


