Bununla əlaqədar mərkəzimizin bir qrup üzvü Bolnisi Mədəniyyət və İstirahət parkında “Bayraq bizi birləşdirir” adlı məlumatlandırıcı görüş keçirib.
Müdavimlər xüsusilə Gürcüstanın müasir bayrağının tarixi, rəmzlərinin mənaları, eyni zamanda Dövlət atributlarına qarşı davranış qaydaları haqqında geniş məlumat veriblər
Qeyd edək ki, Gürcüstanın hazırkı dövlət bayrağı 2004-cü ildə qəbul edilib və “Beş Xaçlı Bayraq” kimi tanınır. Bayrağın ağ fonu sülhü və təmizliyi təmsil edir, qırmızı rəng isə güc və qətiyyəti ifadə edir. Bayraq üzərindəki böyük qırmızı xaç və dörd kiçik xaç Gürcüstanın xristian dininə bağlılığını, dini ənənələrini və ölkənin tarixi keçmişini əks etdirir. Bu simvolika Gürcüstanın qədim dövrlərdən bəri dini və milli kimliyini qoruyub saxladığını göstərir.


