Regionpress.ge InterPress.ge-yə istinadən xəbər verir ki, bu qərar, seçilmiş prezident Donald Trump-ın tətbiqetmənin qadağan edilməsi barədə qanunun yerinə yetirilməsini təxirə salacağına dair açıqlamasından sonra verilib.
BBC-nin məlumatına görə, Trump öz sosial platformasında Truth Social-da bu barədə yazıb:
“Bazar ertəsi günü mən icraedici fərman verəcəyəm, bu fərman TikTok-un qadağan edilməsi qanununun qüvvəyə minmə müddətini uzadacaq ki, biz milli təhlükəsizliyimizi qorumaq üçün saziş bağlaya bilək.”
TikTok işini bərpa etdikdən sonra açıqlama verərək qeyd edib ki, Donald Trump-ın səyləri nəticəsində TikTok ABŞ-a geri dönüb. Şirkət Trump-a təşəkkür edərək, ABŞ-da TikTok-un qalmasını təmin edəcək uzunmüddətli həll üzərində işləyəcəyinə dair vəd verib.
Qeyd edək ki, əvvəlki gün TikTok sosial platforması ABŞ-da fəaliyyətini dayandırmışdı. Şirkət bu addımı, TikTok-a qarşı tətbiq edilən qanunun qüvvəyə minməsi ilə əlaqələndirib.
Xatırladaq ki, apreldə ABŞ prezidenti Joe Biden qanuna imza atmışdı. Bu qanuna əsasən, TikTok-un sahibi olan Çinli ByteDance şirkəti, platformanı qeyri-Çinli bir şirkətə satmalı və ya tətbiqetmə 2025-ci ilin əvvəlindən etibarən ABŞ-da qadağan olunmalı idi. Bu qərar, ABŞ qanunvericilərinin ByteDance şirkətinin milli təhlükəsizliyə təhdid yaratması barədə narahatlıqları ilə bağlı idi. Konkret olaraq, konqresmenlər ByteDance-ın istifadəçi məlumatlarını Çin hökumətinə verə biləcəyindən narahat idilər.


