Səhər saatlarında Dmanisi yolunda Daxili İşlər Nazirliyinə məxsus polis avtomobili qəzaya uğrayıb.
Regionpress.ge 24News.ge-yə istinadən xəbər verir ki, qəza hadisəsi avtomobilin yolda sürüşməsi nəticəsində baş verib.
Mövcud məlumata görə, avtomobilin aşması nəticəsində 3 nəfər polis əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub. Baktla bağlı araşdırma başladılıb.


