Tbilisidə Riki park yaxınlığında yeniyetmə çuxura düşərək həyatını itirib.
Regionpress.ge 24News.ge-yə istinadən xəbər verir ki, 8-ci sinif şagirdi olan oğlanı dostları xilas etməyə çalışsalar da, cəhdlər uğursuz olub.
Bildirilir ki, yeniyetmənin düşdüyü çuxurda su olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci, intihar həddinə çatdırma maddəsi ilə istintaq başlayıb.


