9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəBeynəlxalq Şəffaflıq - Gürcüstan: Bidzina İvanişvilinin ailəsi Gürcüstanda 8 yeni səhmdar cəmiyyəti...

Beynəlxalq Şəffaflıq – Gürcüstan: Bidzina İvanişvilinin ailəsi Gürcüstanda 8 yeni səhmdar cəmiyyəti qeydiyyatdan keçirib

Hazırda Bidzina İvanişvilinin ailəsi Gürcüstanda 8 yeni səhmdar cəmiyyəti qeydiyyatdan keçirib. Onlar ofşor şirkətlərindən 12 şirkəti yerli şirkətlərə keçirib və bu yolla 4 ofşor şirkətini “təmizləyib”.

Regionpress.ge InterPress.ge-yə istinadən xəbər verir ki, bu barədə „Beynəlxalq Şəffaflıq – Gürcüstan” məlumat yayıb.

Məlumata görə, bu şirkətlərin ümumi nizamnamə kapitalı 163,187,800 lari təşkil edir.

“2024-cü ilin dekabrında ABŞ-ın maliyyə sanksiyalarından sonra, Bidzina İvanişvili ofşor aktivlərini Gürcüstana keçirməyə başlayıb. Bu günə qədər İvanişvilinin ailəsi Gürcüstanda 8 yeni səhmdar cəmiyyəti qeydiyyatdan keçirib. Həmçinin, onlar ofşor şirkətlərindən 12 şirkəti yerli bazara köçürüb və bu yolla 4 ofşor şirkətini “təmizləyib”.

Son günlərdə bu prosesin daha da intensivləşdiyi bildirilir. İddia edilir ki, prosesin sonunda İvanişvilinin ailəsi ofşor şirkətlərinin bütününü Gürcüstandakı yerli şirkətlərə köçürəcək. Köçürülən şirkətlər isə əhəmiyyətli nizamnamə kapitalına sahibdir. Bu günə qədər bu kapitalın ümumi həcmi 163,187,800 lari olaraq açıqlanıb.

Bununla yanaşı, ehtimal edilir ki, şirkətlərin köçürülməsi zamanı İvanişvilinin ailəsi 2024-cü ilin yazında qəbul edilmiş „ofşor qanunu“ndan əldə edilən vergi güzəştlərindən istifadə edib.

„Beynəlxalq Şəffaflıq – Gürcüstan“ Bidzina İvanişvili şirkətləri üzərində müşahidələrini davam etdirir, çünki onun sanksiyalardan qaçmağa çalışdığı ehtimal edilir.”-məlumatda bildirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments